SİYASƏT
TOPLANTI MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
Ağsu şəhər Mədəniyyət sarayında respublikamızın Müstəqillik gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyev “Azərbaycanın müstəqilliyi dönməz və əbədidir” mövzusunda məruzəsində və digər çıxışlarda ötən illər ərzində möhtərəm Prezidentimiz Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətinin uğurlarından bəhs etmiş, prezident seçkilərində ağsuluların onun siyasi kursunun davamına yekdilliklə tərəfdar çıxmasından iftixar hissi ilə danışılmışdır.
Toplantıda oktyabrın 16-da Müsavat Partiyasının, onun başqanı İsa Qəmbərin təhriki ilə Bakıda törədilən iğtişaşları qətiyyətlə pislənilmiş, belə pozucu hərəkətlərə son qoyulması tələb olunmuşdur.