İDMAN
“TOP-12” TURNİRİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
Oğlan və qızlar arasında ən yaxşı 12 tennisçini müəyyənləşdirmək məqsədi daşıyan turnir, həmçinin iyulda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.
Ən güclü 12 yeniyetmə qız tennisçinin mübarizəsində ilk üçlüyü Səbinə Əhmədova, Diyana Rovnyakova və Zərif Əliyeva təşkil etmişlər. Oğlanlar arasında isə eyni uğuru Rüstəm Əliyev, Rafiq Abramov və İlkin Sevindikzadə təkrarlamışlar.
Federasiyanın baş katibi İbrahim Mahmudov il ərzində görülən işlərdən danışaraq, ölkəmizdə bu idman növünün inkişafında böyük irəliləyiş olduğunu bildirmişdir. Əgər 2005-ci ildə idmançılar cəmi 14 yarışda iştirak etmişdilərsə, federasiyanın növbəti il üçün hazırladığı proqramda onların sayı 24-ə çatdırılmışdır. Almaniyanın məşhur TİBHAR şirkəti ilə əldə olunmuş razılığa əsasən, ölkəmizdə bu idman növünün bazasını möhkəmləndirmək məqsədi ilə 24 min avro dəyərində stolüstü tennis avadanlığı alınmışdır.