REGİONLAR


TORPAQ İSLAHATLARININ BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR

Azərbaycan Respublikasında həyata keçirilən torpaq islahatlarının birinci mərhələsi başa çatmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidməti və analitik informasiya şöbəsindən müxbirimizə bildirmişlər ki, bu mərhələdə torpaq payı alan 875 min 250 ailədən 861 min 393-ü torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təmin edilmişdir. Bu da 3 milyon 338 min 656 subyekt deməkdir. Hazırda xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan 1 milyon 395 min hektar sahədən 1 milyon 384 min 578 hektarı ölçülərək öz qanuni sahiblərinə verilmişdir. Respublikada torpaqların özəlləşdirilməsi işi 98,7 faiz yerinə yetirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.