İQTİSADİYYAT


TORPAQ MÜLKİYYƏTÇİLƏRİNƏ KOMPENSASİYALAR APRELİN ƏVVƏLLƏRİNDƏ VERİLƏCƏKDİR

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin keçəcəyi torpaq sahələrinin sahiblərinə kompensasiyaların verilməsinə aprel ayının əvvəllərində başlanacaqdır. 

“Bp-Azərbaycan” şirkətindən aldığımız məlumata görə, ötən il dekabrın 19-dan indiyədək respublikanın 13 rayonunda 4200 nəfər mülkiyyət sahibindən 3599-u, o cümlədən 98 bələdiyyə qurumundan 66-sı ilə müqavilə bağlanmışdır. Martın axırlarına qədər bu proses başa çatdırılacaqdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin vəsatət məktubu da daxil olmaqla ayrı-ayrlıqda hər bir mülkiyyətçiyə aid sənədlər toplusu Beynəlxalq Bankın rayonlarda yerləşən filiallarına təqdim olunandan sonra aprel ayının ilk ongünlüyündə kompensasiyaların ödənilməsinə başlanacaqdır.

Şirkətdən onu da bildirmişlər ki, torpaq sahibləri kompensasiyadan vergi ödəməyəcəklər. Həmin vergilər Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisini maliyyələşdirən qurumların hesabına ödəniləcəkdir. Torpaq sahibləri onlara çatacaq kompensasiyaları bir dəfəyə də götürə bilər, yaxud qarşılıqlı razılaşma yolu ilə müəyyən faizlə bankda da saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.