RƏSMİ SƏNƏDLƏR


TORPAQ SAHƏSİNİN PLANI VƏ ÖLÇÜSÜ NÜMUNƏLƏRİNİN VƏ TƏSVİRLƏRİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, torpaq sahələri üzərində mülkiyyət hüquqlarının təsbit olunması sahəsində vahid qayda yaratmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”nün nümunələri (Nümunə 1 və Nümunə 2) təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”nün nümunəsi (Nümunə 3) təsdiq edilsin (əlavə olunur).
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2007-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin