İQTİSADİYYAT


“TOŞİBA” ŞİRKƏTİ YENİ MƏHSULLARINI TƏQDİM ETMİŞDİR

Yaponiyanın “Toşiba” şirkəti “Həyat Recensi-Naxçıvan” mehmanxanasında yeni məhsullarının təqdimatını keçirmişdir. Şirkət ötən ildən MDB ölkələri ərazisində öz məhsullarının satışına başlamışdır. “Toşiba”nın rəsmi distribütoru olan AZEL şirkətinin respublikamızda həmin məhsulların yayılması sahəsindəki fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Şirkətin rəsmi təmsilçiləri bildirmişlər ki, 2002-ci ildən etibarən MDB məkanında, xüsusən Azərbaycanda diler şəbəkəsinin genişləndirilməsi, satışa təqdim olunan kompüter texnikasının, o cümlədən portativ kompüterlərin çeşidinin artırılması nəzərdə tutulur. Bir il əvvəl şirkət cib kompüterlərinin istehsalına başlamışdır. “Toşiba” dünyada ən yüngül noutbuk yaratmışdır. “Portege 2000” markalı bu modelin çəkisi 1,19 kiloqram, qalınlığı isə 19,1 millimetrdir.

Şirkətin internet saytlarında yeni məhsullar barədə ətraflı məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.