TOŞİYUKİ FUCİVARA: QƏDİM VƏ ZƏNGİN AZƏRBAYCANI HEÇ ZAMAN UNUTMAYACAĞAM
Murtuz Ələsgərov demişdir ki, ölkələrimiz arasında mövcud olan münasibətlərin qədim tarixi vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərindən sonra əlaqələrimiz daha intensiv inkişaf etməyə başlamışdır. Bu gün ölkələrimiz bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərirlər. Yaponiyanın iri bankları və şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoymuşlar. Biz bunu və rəsmi Tokionun Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda səfirlik açmasını yüksək qiymətləndiririk.
Parlamentlərarası əlaqələrin inkişafından, Yaponiyanın ölkəmizə göstərdiyi yardımlardan söz açan Murtuz Ələsgərov səfirin bu işlərdəki rolunu xüsusi qeyd etmiş və onu Azərbaycanın yüksək mükafatı – “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Xoş sözlərə görə minnətdarlıq edən səfir Toşiyuki Fucivara ölkəmizdə ona yaradılmış şəraitə görə Azərbaycan dövlətinə, hökumətinə və xalqına dərin minnətdarlığını bildirmişdir. Diplomat “Şöhrət” ordeni ilə təltif olunmasına görə Prezident İlham Əliyevə xüsusi minnətdarlıq edərək vurğulamışdır ki, Azərbaycan zəngin təbii ehtiyatlara malikdir və bu ehtiyatlar ölkənin daha da qüdrətlənməsinə və inkişafına zəmin yaradır. Yaponiya Azərbaycana böyük maraq göstərir və bu ölkəyə yardımlarını bundan sonra da davam etdirəcəkdir.
Toşiyuki Fucivara bildirmişdir ki, Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri oktyabrın sonlarında fəaliyyətə başlayacaq və ölkələrimiz arasındakı əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Diplomat Azərbaycanla bağlı xatirələrinə dair kitab yazacağını və ölkəmizi heç zaman unutmayacağını vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir müba