ELM VƏ TƏHSİL
TQDK tərəfindən göstərilən elektron xidmət növlərindən geniş istifadə olunur
Bakı, 26 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən göstərilən elektron xidmət növlərindən 2016-cı ilin birinci yarısında təqribən dörd milyon dəfə istifadə olunub.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, göstərilən xidmətlərin statistikasına nəzər yetirsək, “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi (1,5 milyona yaxın)”, “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi (900 minə yaxın)” və imtahana hazırlaşan abituriyentlərə kömək məqsədilə yaradılmış “İnternetdə video mühazirələr (400 mindən çox)” xidmət növlərindən istifadə sayının daha çox olduğunu müşahidə edə bilərik.
Göstərilən digər elektron xidmət növlərinin statistik göstəriciləri ilə TQDK-nın internet saytında yerləşdirilmiş müvafiq cədvəldə tanış olmaq mümkündür.