ELM VƏ TƏHSİL
TQDK virtual ödəmə kartlarının satışı şəbəkəsini genişləndirir
Bakı, 12 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) virtual ödəmə kartlarının satışı şəbəkəsini genişləndirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, TQDK elektron ərizə vermək üçün ödəmə kartlarının və sınaq imtahanına yazılmaq üçün ödəmə kartlarının satışını şaxələndirmək məqsədi ilə “AzeriCard Prosessinq” mərkəzi ilə birgə elektron ticarət layihəsi üzərində işi başa çatdırmışdır.
Artıq virtual ödəmə kartlarını “Visa” və “Master plastik” kartlarından istifadə etməklə “Azericard” vasitəsilə də əldə etmək mümkün olacaqdır.
Xidmətin yerləşdiyi ünvan belədir: http://tqdk.3dsecure.az/?agent=tqdk
TQDK-nın virtual ödəmə kartları “Azercell”, “Bakcell”, “Nar Mobile”, “GoldenPay”, “NetMoney” və “Azericard” şirkətləri vasitəsilə satılır.