İQTİSADİYYAT


TRACECA-nın Azərbaycan hissəsində 23,6 milyon ton yük daşınıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23,6 milyon ton, yük dövriyyəsi isə 5 milyard 585,9 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 13 milyon 308,6 min tonu və ya 56,2 faizi avtomobil nəqliyyatı, 7 milyon 679,3 min tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 2 milyon 682,4 min tonu və ya 11,3 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,4 faizini və ya 5 milyon 311,4 min tonunu tranzit yüklər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.