İQTİSADİYYAT
TRAMVAY VƏ TROLLEYBUS PARKLARI LƏĞV OLUNMAYIB
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov AZƏRTAC-ın müxbirinə demişdir ki, şəhərin tramvay və trolleybus parkları ləğv olunmayıbdır. Trolleybus xətləri və tramvay yolları bərbad halda olduğundan və bu müəssisələr zərərlə işlədiyindən müvəqqəti olaraq parklarda işlər dayandırılıbdır. İşlərin yenidən bərpa olunması üçün isə sərmayə tələb olunur. Əgər tramvay və trolleybus parklarının yenidən qurulması ilə əlaqədar iş adamları tərəfindən təkliflər olarsa, bu məsələ müzakirə ediləcəkdir.
İşləmədikləri halda icra hakimiyyəti oktyabr ayı üçün parkların işçilərinə əmək haqqı ödəmişdir. Bundan əlavə, icra hakimiyyətinin ayırdığı vəsait hesabına tramvay və trolleybus sürücülərinin sürücülük vəsiqələri dəyişdirilmiş və onlara iş verilmişdir.