SİYASƏT
TRANSMİLLİ MÜTƏŞƏKKİL ÇİNAYƏTKARLIĞA QARŞI MÜBARIZƏ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bu günlərdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət Həsənova Amerika Dövlət Departamentinin “Transmillı mütəşəkkil cinayətkarlıq” mövzusunda keçirdiyi görüşlərdə iştirak etmişdir.
Deputat AZƏRTAC-ın müxbirinə demişdir ki, transmilli mütəşəkkil cinayətkarlığa daxil olan insan ticarəti, o cümlədən qadın-uşaq alveri indi bütün dünyanı qorxuya salan bəlaya çevrilmişdir. Buna görə də görüşlərdə bu mövzu ətrafında qadın problemləri, qadın hüquqları ilə bağlı geniş söhbətlər keçirildi. Mən məlumat verdim ki, “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə” haqqında BMT-nin qəbul etdiyi xüsusi konvensiyaya və ona əlavə olunan sənədlərə Azərbaycan da qoşulmuşdur. Hazırda respublıkada bu sahədə lazımi işlər görülür.