Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirça Çiopraqadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Mənzil-qərargahı Bakı şəhərində yerləşən TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə ən yüksək ehtiramımızı bildiririk.

Zati-aliləri, aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf duyuram. Sizə prezidentliyinizin yeni dönəmində də uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Zati-alinizə, ailənizə və yaxınlarınıza ən dərin hörmətimi bildirir, səadət, müvəffəqiyyət və cansağlığı diləyirəm.

Azərbaycan Respublikası tərəfindən ölkə iqtisadiyyatının inkişafı üçün atılan real addımları və Avropa-Qafqaz-Asiya (TRASEKA) Beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində ölkələr arasında dialoqun və əməkdaşlığın dərinləşməsi işinə verdiyiniz mühüm töhfələri və göstərdiyiniz səyləri xüsusi vurğulamaq istərdim.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bir daha vurğulayır, rəhbərliyinizlə Azərbaycan Respublikası tərəfindən TRASEKA Beynəlxalq nəqliyyat dəhlizinə gələcəkdə də dəstək göstəriləcəyinə ümidvar olduğumu bildirirəm.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Ən xoş arzular və dərin hörmətlə,

 

Mirça Çiopraqa

TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi

Azərbaycan Respublikası, Bakı şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin