TRASEKA PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KADR HAZIRLIĞININ NÖVBƏTİ MƏRHƏLƏSİ BAŞLANMIŞDIR
AzerTAg.az
Nəqliyyat Nazirliyinin, Dövlət Dəmir Yolunun, Xəzər Dəniz Gəmiçiliyinin, “Avtonəqliyyatservis” departamentinin, Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı yaxın günlərdə Qazaxıstana yola düşəcəkdir. Onlar TRASEKA proqramı çərçivəsində Almatıda avqustun 30-dan sentyabrın 8-dək keçiriləcək nəqliyyat sektoru işçilərinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən ixtisasartırma kursunda iştirak edəcəklər.
TRASEKA proqramı hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bundan əvvəl Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi layihəsində iştirak edən ölkələrin əlaqədar nazirliklərinin rəhbər işçiləri üçün aprel ayında və nəqliyyat strukturlarının idarə rəisləri, şöbə müdirləri üçün isə iyul ayında belə ixtisasartırma kursları olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var