SİYASƏT


“TRT Avaz” kanalı “Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” mövzusunda AZƏRTAC-da keçirilmiş konfransdan reportaj yayımlayıb VİDEO

Bakı, 11 may, AZƏRTAC

Türkiyənin “TRT Avaz” televiziya kanalı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Medianın İnkişafı Agentliyinin (MEDİA) və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə mayın 10-da keçirilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” mövzusunda konfransı geniş işıqlandırıb.

Reportajda AZƏRTAC-ın yeni binasında təşkil olunan konfransa çoxlu sayda media rəhbərlərinin, deputatların və tanınmış jurnalistlərin qatıldıqları qeyd edilib.

Bildirilib ki, konfransda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ulu öndər Heydər Əliyevin daim medianın sərbəst fəaliyyətinə xüsusi diqqət yetirdiyini, mətbuatın inkişafını dəstəklədiyini vurğulayıb. Reportajda Aslan Aslanovun “Ümummilli Liderimizin siyasi irsinin, dövlətçilik fəaliyyətinin tədqiqatçıları yaxşı bilirlər ki, çağdaş dünya tarixində mətbuatın cəmiyyətə təsir gücünü Heydər Əliyev qədər yüksək dəyərləndirən ikinci bir lider olmayıb. Ulu Öndər mətbuata həmişə, hətta sovet dövrünün ciddi senzura şəraitində böyük yaradıcılıq sərbəstliyi və demokratik mühitdə işləmək imkanı yaratmış, fikir və söz azadlığının himayədarı olmuş, mətbuatın nüfuzunun artmasına daim qayğı göstərmişdir”, - fikri xüsusi vurğulanıb.

Həmçinin Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Heydər Əliyevin Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdiyi və beynəlxalq aləmə sürətlə inteqrasiya olunmasını təmin etdiyini vurğuladığı diqqətə çatdırılıb.

Bundan başqa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Heydər Əliyevin mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verdiyini qeyd etdiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.