SİYASƏT


“TRT Haber” telekanalı Azərbaycanla bağlı xüsusi reportaj yayıb

Ankara, 28 yanvar, AZƏRTAC

“TRT Haber” telekanalı Azərbaycan ilə bağlı xüsusi reportaj yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamaları əsasında hazırlanmış reportajda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi və sonrakı proseslərdən bəhs olunub.

Reportajda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, bölgədə sülhün qorunmasında Türkiyənin yeri və rolu, Bakıda keçirilən hərbi parad, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələri, işğaldan azad olunan ərazilərimizin, o cümlədən Şuşa şəhərinin yenidən qurulması istiqamətində qəbul olunan qərarlar və görülən işlər barədə türkdilli ictimaiyyətə müfəssəl məlumat verilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.