MƏDƏNİYYƏT


“TRT Muzik” kanalında “Qarabağda bayram var” konsert proqramı nümayiş edilib

Ankara, 21 noyabr, AZƏRTAC

Türkiyənin “TRT Muzik” televiziya kanalı Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə “Qarabağda bayram var” devizi altında geniş konsert proqramı yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevə məxsus tarixi “Qarabağ Azərbaycandır!” ifadəsi proqramın səhnə tərtibatının əsas görünüşündə əksini tapıb.

Aparıcı Azərbaycana və Qarabağa dair şeirlər söyləyib, hərb tariximizdə şərəf dastanı yaradan müzəffər Ordumuzun rəşadətli qələbəsi barədə tamaşaçılara məlumat verib. İşğal altındakı torpaqlarımızın düşməndən geri alınması bütün türk dünyasının tarixi zəfəri kimi dəyərləndirilib.

Canlı yayınla nümayiş olunan konsertdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk dünyası mahnı və rəqs ansamblının ifasında Azərbaycan mahnıları və rəqsləri təqdim olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.