Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TUNİS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ZEYNULABİDİN BEN ƏLİYƏ

Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Tunis xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin