ORDU
“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimləri başlayıb VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 “MiQ-29” qırıcı, 3 “Su-25” hücum təyyarələri və şəxsi heyət Konyada yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.
Qarşılanma mərasimində çıxış edənlər keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb və qurban kəsilib.
Təlimlər sentyabrın 14-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
- 19.04.2024 [11:28]