SİYASƏT
TÜRKİYƏDƏKİ DİASPOR TƏŞKİLATLARIMIZ BİRLƏŞİRLƏR
May ayının sonunda diaspor quruculuğu sahəsində daha bir əhəmiyyətli addım atılacaqdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 28 May - Respublika Günündə Türkiyənin İskəndərun şəhərində qardaş ölkədə fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirəcək “Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası” (TADF) yaradılacaqdır. Dövlət Komitəsinin dəstəyi ilə yaradılan qurumun əsas məqsədi Türkiyədə Azərbaycanın maraqlarını təbliğ etmək, burada fəaliyyət göstərən diaspor təşkilatlarımızın işini əlaqələndirmək və ölkələrimiz arasındakı münasibətlərin inkişafına kömək etməkdir. Federasiyanın təsis qurultayından sonra İskəndərun şəhərinin Atatürk meydanında Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.04.2024 [17:26]
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
- 25.03.2024 [14:40]