TÜRKİYƏDƏ “ƏL-QAİDƏ”NİN YÜKSƏKVƏZİFƏLİ ÜZVÜ HƏBS OLUNMUŞDUR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, “Əl-Qaidə”nin yüksəkvəzifəli üzvlərindən biri, ötən ilin noyabr ayında İstanbulda törədilmiş terror aktlarında əli olmaqda şübhəli bilindiyi üçün axtarışda olan Bakı Yigit terrorizmlə mübarizə idarəsinin qüvvələri tərəfindən həbs edilmişdir.
“Əl-Qaidə”nin Türkiyədəki özəyinin funksioneri Yigit son vaxtlar İstanbulun həndəvərində yaşayırdı. Onunla birlikdə daha iki nəfər həbs olunmuşdur.
Xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat ötən il dekabrın 19-da yaxalanmış Ədnan Ərsözdən alınmış məlumat əsasında cidd-cəhdlə hazırlanmışdı. Ədnan Ərsöz vaxtilə “Əl-Qaidə”nin Əfqanıstandakı düşərgələrində təlim keçmiş və bu beynəlxalq terror şəbəkəsinin Türkiyədəkı özəklərinin yaradıcılarından biri olmuşdur.
İstanbul polisi hələlik əlavə informasiya vermir, istintaq gedir.
Xəbərin mətnində orfoqrafik səhv var