MƏDƏNİYYƏT
TÜRKİYƏDƏ İKİ FACİƏLİ HADİSƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbuldan Vana gedən və içərisində 40 sərnişinin olduğu avtobusun Kəlkit çayına düşməsi çoxlu sayda insan tələfatı ilə nəticələnmişdir. Hələlik 9 nəfərin cəsədi sudan çıxarılmış, qalan sərnişinlərin axtarışı davam edir. Qəza Tokat vilayətinin Rəşadiyyə rayonunda dağ aşırımında baş vermişdir.
Faciənin səbəbi hələlik məlum deyildir. Bir ehtimala görə, hava şəraiti pis olduğundan sürücü maşını idarə edə bilməmişdir. Belə ki, havalar bir neçə gün nisbətən mülayim keçdikdən sonra martın 8-də gecə Türkiyənin bir çox əyalətlərində yenidən qar yağmışdır.
Bu ara Türkiyədə daha bir faciəli hadisə baş vermişdir. Ölkənin Cənub-Şərqində yerləşən Van şəhərində partlayış törədilmişdir. İlkin məlumata görə, partlayış nəticəsində üç nəfər həlak olmuş və 16 adam xəsarət almışdır. Polis intiharçı terrorçu ehtimal olunan bir nəfərin qalıqlarını aşkar etmişdir.
İstisna edilmir ki, məqsəd şəhər bələdiyyəsinin qulluqçularını qətlə yetirmək olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [18:00]