MƏDƏNİYYƏT
TÜRKİYƏDƏ MUSİQİŞÜNAS ALİMİMİZİN KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Kitabda Qarabağın - Şuşanın musiqi həyatı, Üzeyir Hacıbəyov, Qara Qarayev haqqında məqalələr verilmişdir. Türkiyənin tanınmış musiqişünas alimləri Yalçın Tura, Süleyman Şenəl, Fırat Kızıltuğ Zemfira Səfərovanın musiqi araşdırmalarını yüksək dəyərləndirmişlər. Bu kitab haqqında fikirlərini dilə gətirən Türkiyənin Sənətçilər və Yazıçılar Vəqfinin sədri, şair Yahya Akəngin onun türk musiqişünasları üçün əvəzsiz elmi mənbə, oxucular üçün isə maraqlı araşdırma olduğunu söyləmişdir. Türkiyənin nüfuzlu Əhməd Yasəvi Beynəlxalq fondunun sədri, sabiq mədəniyyət naziri Namiq Kamal Zeybək kitabın yalnız Türkiyədə deyil, Qazaxıstanda da satışının nəzərdə tutulduğunu bildirmiş, Azərbaycanın zəngin musiqi irsini ümumtürk mədəniyyət xəzinəsinin təməl daşı kimi qiymətləndirmişdir. O demişdir ki, gənclərimiz sahib olduqları bu xəzinəni yaxşı tanımalı, qədrini bilməlidir. Zemfira xanımın yeni kitabı da bu baxımdan böyük əhəmiyyət daşıyır.