TÜRKİYƏLİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Lider Qadınlar” İctimai Birliyi Azərbaycanda təhsil alan türkiyəli tələbə qızlarla görüş keçirmişdir.
Tədbirdə tələbələrin problemləri öyrənilmiş, onları maraqlandıran suallara cavab verilmişdir. Tələbələr belə görüşlərin əhəmiyyətini və gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Görüşdə Milli Məclisin deputatı Məlahət Həsənova, Türkiyənin ölkəmizdəki səfirinin təhsil müşaviri Səlahəddin Dikmən iştirak etmişlər.