DÜNYA
TÜRKİYƏNİN BAŞ NAZİRİ ÖZBƏKİSTANA SƏFƏRİNİ SƏMƏRƏLİ HESAB EDİR
Hərbi və hərbi-texniki əməkdaşlığa dair danışıqlarda əldə olunmuş razılığa əsasən, Özbəkistan zabitləri Türkiyə Silahlı Qüvvələrinin hərbi akademiyalarında təhsil alacaq, xüsusi hərbi bölmələr isə Türkiyənin dağ-xilasetmə hərbi bölmələrində hazırlıq keçəcəklər. Türkiyə Baş nazirinin səfərinə həsr olunmuş mətbuat konfransında Prezident İ.Kərimov bildirmişdir ki, Türkiyə Özbəkistana 2 milyon dollarlıq hərbi-texniki yardım göstərmişdir.
Türkiyə hökumətinin başçısı Özbəkistan parlamentinin sədri Erkin Xəlilovla da görüşmüşdür. Onlar parlamentlərarası əlaqələri genişləndirmək məsələlərini müzakirə etmişlər.
İlk iki gün ərzində aparılmış danışıqların yekunlarına əsasən, üç sənəd – Türkiyə Baş nazirinin və Özbəkistan Prezidentinin birgə bəyanatı, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında saziş, diplomatik pasportlara malik vətəndaşların hər iki ölkəyə vizasız gedib-gəlməsi haqqında saziş imzalanmışdır.