DÜNYA
TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN ALMANİYAYA RƏSMİ SƏFƏRİ
Türkiyənin Avropa Birliyinə inteqrasiyası məsələsində Almaniyanın xüsusi dəstəyinə əmin olduğunu bəyan edən Rəcəb Tayyib Ərdoğan xüsusi vurğuladı ki, Türkiyə demokratikləşdirmə prosesini uğurla həyata keçirmək, sosial və iqtisadi sabitliyi möhkəmlətməklə Avropa Birliyinə üzvlük hüququna artıq nail olmuşdur.
Baş nazir Ərdoğan kansler Şröderlə görüşdən sonra Berlindəki “Hilton” mehmanxanasında federal xarici işlər naziri Yoşka Fişeri qəbul etmişdir. Türkiyənin Avropa Birliyinə üzvlüyə qəbul edilməsinə Almaniyanın dəstəyi, Almaniya-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri, habelə beynəlxalq aləmdə mövcud siyasi durum ikitərəfli danışıqların və məsləhətləşmələrin əsas mövzusu olmuşdur.
Sentyabrın 3-də səfərini başa çatdıran baş nazir Ərdoğan Berlində məskunlaşmış 122 700 Türkiyə vətəndaşını birləşdirən diasporun nümayəndələri, Almaniyada fəaliyyət göstərən türk iş adamları ilə görüşdən sonra Fridrix Ebert Fondunda məruzə ilə çıxış edəcəkdir.