DÜNYA
TÜRKİYƏNİN BAŞ NAZİRİ RUSİYA PREZİDENTİ İLƏ DOST KİMİ DANIŞACAQ
AZƏRTAC-ın Anadolu Agentliyindən aldığı xəbərə görə, Gürcüstan Prezidenti Mixail Saakaşvili Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ondan Gürcüstanla Rusiya arasında münasibətlərin yaxşılaşması üçün vasitəçi olmağı xahiş etmişdir.
Rəcəb Tayyib Ərdoğan vasitəçi olmağa razılıq vermiş və ümidvar olduğunu bildirmişdir ki, onun vasitəçiliyi uğurlu olacaqdır. O, söz vermişdir ki, sentyabrın əvvəlində Ankaraya rəsmi səfərə gələcək Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bu mövzuda söhbət edəcəkdir. Türkiyə hökumətinin başçısı ümidvar olduğunu söyləmişdir ki, onunla Rusiya dövlətinin başçısı arasında dostluq münasibətləri yaranacaq və o, V.Putinlə Rusiya-Gürcüstan münasibətləri mövzusunda yaxşı bir dost kimi danışacaqdır.
Telefon söhbəti zamanı Ərdoğan Mesxeti türklərinin Gürcüstana, öz doğma yerlərinə qayıtmasına razılıq verilməsi məsələsini də qaldırmış və xatırlatmışdır ki, bu məsələ Avropa Şurasının nəzarəti altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]