SİYASƏT


TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİ DAXİLİ QOŞUNLARIN BAŞ QƏRARGAHINDA GÖRÜŞ

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri Abdulkadir Aksu ilə DİN-in Daxili Qoşunlarının Baş Qərargahında görüş keçirilmişdir. Daxili Qoşunların şəxsi heyəti tərəfindən təntənəli qarşılanan hörmətli qonaq inzibati binanın qarşısında Azərbaycanın azadlığı və suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin şərəfinə ucaldılmış abidə önünə əklil qoymuş, xatirə kitabına ürək sözlərini yazmışdır.1997-ci ildə Türkiyənin Jandarm Qüvvələri ilə Azərbaycanın Daxili Qoşunları arasında imzalanmış hökumətlərarası protokolun müddəalarının icra vəziyyəti ilə tanış olmaq məqsədilə keçirilən görüşdə Daxili Qoşunların komandanı, general-mayor Zakir Həsənov rəhbərlik etdiyi strukturun yaranma tarixi, inkişafı, keçdiyi döyüş yolu, xidməti fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat vermişdir. Türkiyənin Jandarm Qüvvələri ilə əməkdaşlığa toxunan Zakir Həsənov Azərbaycan Daxili Qoşunlarının müasir tələblərə cavab verən səviyyəyə çatdırılmasında dost və qardaş ölkənin rolunu yüksək qimətləndirmiş, peşəkar zabitlərin hazırlanmasına göstərdikləri köməyə görə onlara dərin minnətdarlığını bildirmişdir.Türkiyənin daxili işlər naziri Abdulkadir Aksu ictimai asayişin qorunmasında Daxili Ooşunların rolunu və görülən işləri xüsusi qeyd edərək, əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da öz ölkəsi tərəfindən lazımi kömək və dəstək göstəriləcəyini vurğulamışdır. SƏRHƏD QOŞUNLARIN TƏDRİS MƏRKƏZİ İLƏ TANIŞLIQİyulun 9-da dost və qardaş Türkiyənin daxili işlər naziri Abdulkadir Aksu, onu müşayiət edən şəxslər və Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Qalada yerləşən Tədris Mərkəzi ilə yaxından tanış olmuşlar. Onlar 1998-ci il mayın 12-də Azərbaycanın və Türkiyənin daxili qoşunları tərəfindən tikilən mərkəzin fəaliyyətini əks etdirən fotoguşəyə baxdılar, zabitlərin ixtisasartırma və təkmilləşdirmə kursları, ayrı-ayrı sinif otaqları, yataqxana ilə yaxından tanış oldular, burada yaradılmış şəraitdən razı qaldıqlarını bildirdilər. Nazir Abdulkadir Aksu xatirə kitabına ürək sözlərini yazdı və Tədris Mərkəzinə yadigar olaraq xatirə hədiyyə etdi. Sonra birgə xatirə şəkli çəkdirildi. AZƏRBAYCANDA İŞ ADAMLARI ÜÇÜN GÖZƏL ŞƏRAİT YARADILMIŞDIR Bu fikri Türkiyənin daxili işlər naziri Abdulkadir Aksu Bakıda fəaliyyət göstərən “Azərsun holdinq” şirkətlər birliyinin yağ fabrikini ziyarət edərkən bildirmişdir. Hörmətli qonaq müəssisə ilə tanış olmuş, ona fabrikin fəaliyyəti, istehsal sahələri barədə məlumat verilmişdir. Nazir Azərbaycanda xarici sərmayədarlara, o cümlədən Türkiyənin iş adamlarına yaradılan gözəl şəraitə görə təşəkkürünü bildirmişdir.Tədbirlərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri və Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.