SİYASƏT
TÜRKİYƏNİN DİNİ İŞLƏR NAZİRİ BAKIYA GƏLMİŞDİR
Türkiyə Respublikasının Dini və Sosial Xidmətlər Vəqfinin sədri Mehmət Nuri Yılmaz mayın 12-də Bakıya gəlmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, qeyri-rəsmi xarakter daşıyan səfər müddətində qonaq Azərbaycandakı dini durumla yaxından tanış olacaq, din xadimləri ilə görüşlər keçirəcək, dinlərarası dialoq sahəsində müştərək işlərin mümkünlüyünü müzakirə edəcəkdir.
Komitə ilə Vəqf arasında dini, dini təhsil və kitab nəşri sahəsində əməkdaşlıq məsələləri də müzakirə obyekti olacaqdır. Mehmət Nuri Yılmaz dini icmalar üçün “Dövlət- din münasidətləri” mövzusunda keçiriləcək seminar–müşavirədə çıxış edəcək, Azərbaycanın bir sıra rayonları ilə tanış olacaqdır.