TÜRKİYƏNİN İRAQDAKI SƏFİRLİYİ QARŞISINDA PARTLAYIŞ OLMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir:

Oktyabrın 14-də Türkiyənin Bağdaddakı səfirliyi qarşısında terror aktı törədilmişdir. Naməlum şəxs tərəfindən idarə olunan və partlayıcı maddə ilə dolu avtomobil səfirliyin qapısı önündə dayanaraq partladılmışdır. Terrorist avtomobilin içində olmuşdur. Səfirlik binasına ziyan dəymişdir.Terror aktından dərhal sonra İraq polisi və ABŞ əsgərləri hadisə yerinə gəlmişlər.

Terror aktı nəticəsində səfirlikdə olan bir türk vətəndaşı və iki İraq polisi yaralanmışdır. Hadisə yerinin yaxınlığında olan 6 iraqlı vətəndaş da zərər çəkmişdir. Türkiyənin Xarici İşlər Nazirliyi terror aktı ilə əlaqədar qəti etirazını bildirmişdir.

Baş nazir Rəcəb Tayyib Ərdoğan terror aktını bölgədə mövcud olan sabitsizliyin əyani nümunəsi kimi dəyərləndirmişdir. Türkiyədəki siyasi şərhçilər isə bu terror aktının Böyük Millət Məclisinin İraqa sülhməramlı qüvvələrin göndərilməsi barədə qərarından sonra baş verməsinə diqqəti cəlb edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.