TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLİYİ TƏKZİB EDİR
AzerTAg.az
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, Türkiyənin Milli Müdafiə Nazirliyi və quru qoşunları komandanlığı, guya onların Türkiyə-Suriya sərhədindəki minalanmış sahələrin xəritələrini itirdikləri haqqında məlumatı təkzib etmişlər. Nazirliyin bəyanatında bildirilir ki, sərhədin qanunsuz keçilməsi hallarının qarşısını almaq üçün 1956-1959-cu illərdə minalanmış ərazilərin xəritələri kompüter arxivlərindədir.
Məlumatda deyilir ki, sərhədyanı zonaların minalardan təmizlənməsi barədə nazirliyin təşəbbüsünə dair məlumatı mətbuat düzgün başa düşməyib. Xəritələr itirilməmişdir, onlar, sadəcə olaraq, daha etibarlı deyildir. Çünki ötən onilliklər ərzində sərhədyanı ərazilərin xeyli hissəsi eroziyaya uğramış və bəzi yerlərdə torpağın sürüşməsi halları baş vermişdir.
Minalı sahələrin zərərsizləşdirilməsi Nusaybin şəhərinə yaxın rayonlardan başlanacaqdır. Həmin sahələr minalardan təmizləndikdən sonra orada neftin aşkar edilməsi üçün geoloji tədqiqatlar aparılacaqdır. Təhlükəsizləşdirilmiş münbit torpaqlar isə əkin sahələrinə çevriləcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var