SİYASƏT
TÜRKİYƏNİN TƏHSİL NAZİRİ HÜSEYN ÇELİK BAKIYA GƏLƏCƏK
Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı AZƏRTAC-ın müxbirinə demişdir ki, ölkəsinin milli təhsil naziri Hüseyn Çelik bu ay Bakıya gələcəkdir. Səfər çərçivəsində ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafı, tələbə mübadiləsi məsələləri və digər məsələlər müzakirə olunacaqdır.
Yaxın vaxtlarda Türkiyədən daha bir neçə nazirin, deputatın və iş adamının Azərbaycana səfəri gözlənilir. Türkiyə qardaş Azərbaycanla əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsində maraqlıdır və bunun üçün konkret addımlar atır.