DÜNYA
TÜRKİYƏ-ABŞ MÜNASİBƏTLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Bununla yanaşı, ABŞ müdafiə naziri Donald Ramsfeld Prezident Corc Buşun adından Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub göndərmişdir. Məktubda NATO üzrə iki müttəfiq dövlətin hərbçiləri arasında Şimali İraqda baş vermiş hadisənin arzuedilməz olduğu vurğulanmış, ABŞ-ın Türkiyəyə və Türk Silahlı Qüvvələrinə inamı, etibarı və hörməti ifadə edilmişdir. ABŞ-ın strateji müttəfiqi kimi Türkiyənin bu ölkə üçün əhəmiyyəti nəzərə çarpdırılmışdır.
İyulun 16-da İstanbulda Türkiyə-ABŞ Əməkdaşlıq Komitəsinin iclasında çıxış edən ABŞ-ın bu ölkədəki səfiri Robert Pirson demişdir: “4 iyul hadisəsindən sizin kimi, biz də çox təəssüflənirik. Kaş ki, belə hadisə baş verməyəydi”.
Türkiyə baş nazirinin müavini və xarici işlər naziri Abdulla Gül isə jurnalistlərin suallarına cavab verərkən demişdir ki, iyul ayının sonunda ABŞ-a nəzərdə tutulan işgüzar səfərini təxirə salmayacaqdır.