SİYASƏT


TÜRKİYƏ ƏRAZİSİNDƏ MÜƏYYƏN LƏNGİMƏ HALLARI TEXNİKİ SƏBƏBLƏRLƏ BAĞLIDIR

Bu gün Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi üçün aparılan inşaat işləri göstərir ki, orada heç bir problem yaranmamışdır. Qeydə alınan müəyyən ləngimə halları yalnız texniki səbəblərlə - işin lazımi səviyyədə təşkil olunmaması, müqavilələrin vaxtında bağlanmaması, işçi qüvvələrin lazımi səviyyədə işə cəlb edilməməsi və sairə ilə bağlıdır. Bunlar hamısı texniki təşkilatçılıq problemləridir və heç bir siyasi səbəb yoxdur.

Bu fikri müxbirimizə bildirən ARDNŞ-in prezidenti Natiq Əliyev bildirmişdir ki, ümumiyyətlə, Azəri-Çiraq-Günəşli yataqları və Bakı-Tbilisi-Ceyhan üzrə işlər pis getmir. “Şahdəniz” və Cənubi Qafqaz boru kəməri layihəsi haqqında görülən işlər göz qabağındadır. Qrafikdə nəzərdə tutulan planlar vaxtından əvvəl yerinə yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.