SİYASƏT


TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASININ KONQRESİ KEÇİRİLMİŞDİR

Ankara, 14 iyun (AZƏRTAC), Türkiyənin Kocaeli şəhərindəki Grand Yüksəliş otelində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) konqresi keçirilmişdir.

Konqresdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Pərviz Məmmədzadə, İzmirdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Turqut Özat, Çanaqqaladakı Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Səadəddin Gündüz çıxış edərək Türkiyə Azərbaycan Dərnəklərinin keçirdikləri tədbirlərdən və onların əhəmiyyətindən bəhs etmişlər. Onlar iki qardaş ölkənin diaspor təşkilatlarının öz işini ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsi əsasında qurmaqlarını məmnunluqla vurğulamış və bu əməkdaşlığın daha da güclənməsi üçün səylərini artıracaqlarını söyləmişlər. Natiqlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin, dövlətimizin başçısının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısındakı dərin məzmunlu çıxışının əhəmiyyətini qeyd etmişlər. Bildirilmişdir ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış enerji sazişləri əməkdaşlığımızı daha da gücləndirəcək, dövlətlərimizin iqtisadi qüdrətini artıracaqdır.

TADF-ın sədri Bilal Dündar hesabat məruzəsində başçılıq etdiyi qurumun cari ildə Türkiyə və Azərbaycanda, habelə dünyanın müxtəlif ölkələrində keçirdiyi tədbirlərdən və görüşləcək işlərdən danışmışdır.

Bilal Dündar yenidən TADF-ın sədri seçilmişdir.

Tədbirdən sonra təşkil olunmuş ziyafətdə Ədalət və İnkişaf Partiyasının millət vəkili Sibek Gönül, Kocaeli valisinin müavini Şükrü Çakır, zərbaycandan gəlmiş qonaqlar və dərnəklərin sədrləri iştirak etmişlər.

Oqtay Bayramov,

AZƏRTAC-ın xüsusi müxbiri,

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.