SİYASƏT
TÜRKİYƏ BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏDƏ RUSİYA İLƏ ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNDİRMƏKDƏ MARAQLIDIR
Diplomat demişdir: ”Ölkələrimizin terrorizm təhlükəsinə baxışları tamamilə üst-üstə düşür. Bu bəlaya heç kəs haqq qazandıra bilməz və biz onun bütün təzahürlərini pisləyirik. Türkiyədə hesab edirlər ki, terrorizmlə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə mübarizə aparmaq vacibdir”.
Səfir bildirmişdir ki, Rusiya-Türkiyə qarşılıqlı fəaliyyəti möhkəm hüquqi zəmində qurulur. Moskva və Ankara bir sıra beynəlxalq müqavilə və sazişlərdə iştirak etməklə yanaşı, tərəfdaşlığın inkişafı üçün ikitərəfli mexanizmlər də yaratmışlar. Xüsusi xidmət idarələri arasında mütəmadi informasiya mübadiləsi aparılır, xarici siyasət idarələri xətti ilə əlaqə saxlanılır.
Onun sözlərinə görə, terrorizmlə mübarizənin aktual vəzifələrini müzakirə etmək üçün dekabrda Moskvada iki ölkənin XİN departamentləri başçıları səviyyəsində işgüzar müşavirə keçirilməsi nəzərdə tutulmuşdur. Səfir demişdir: “Türkiyədə terrorizmin necə təhlükəli olduğunu yaxşı bilirlər. Onun kökünü tamamilə kəsmək məqsədi ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək üçün bizim siyasi iradəmiz vardır”.