Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ÖMƏR İZGİYƏ

Hörmətli cənab Sədr,

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və Türkiyə Böyük Millət Məclisinin üzvlərini səmimi qəlbdən təbrik edirəm.

Qardaş Türkiyənin demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu yolunda uğurlarından, beynəlxalq aləmdə rolunun artmasından qürur duyuruq.

Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin