SİYASƏT
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 80 İLLİYİ QEYD OLUNMUŞDUR
Mərkəzin direktoru, Milli Məclisin deputatı, MEA-nın müxbir üzvü Nizami Cəfərov tədbiri açaraq demişdir ki, Osmanlı xarabalıqları üzərində qurulmuş Türkiyə Cümhuriyyəti bütün türk xalqının siyasi iradəsinin məhsuludur. Azərbaycanda Türkiyənin tarixi kifayət qədər öyrənilməmişdir. Prezident Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində son illər Türkiyənin müstəqillik tarixi tədqiq olunmağa başlamışdır və bu işlər öz bəhrəsini verməkdədir.
Konfransda Səfalı Nəzərli “Heydər Əliyev Türkiyə Cümhuriyyəti və Atatürk haqqında”, Natiq Məmmədli “Türkiyə Cümhuriyyəti və Orta Asiya türk cümhuriyyətləri” mövzularında məruzə etmişlər.
Məruzələrdən sonra çıxışlar olmuşdur. Qeyd edilmişdir ki, Türkiyə Cümhuriyyətinin yaradılması bütün türk xalqları üçün örnək və tarixi təcrübədir. Türkiyənin 80 illik yubileyi təkcə Azərbaycanda deyil, digər türk respublikalarında da təntənə ilə qeyd olunmalıdır.
Sonda Türkiyə Böyük Millət Məclisinə və digər rəsmi qurumlara, Türkiyə xalqına təbrik məktubu ünvanlanmışdır.
Konfransda Milli Məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Suat Akgün iştirak etmişlər.