SİYASƏT
TÜRKİYƏ DEPUTATLARIMIZIN AŞPA-DAKI FƏALİYYƏTİNDƏN RAZIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qonağı səmimi salamlayan Səməd Seyidov demişdir ki, Türkiyədə həyata keçirilən demokratik islahatlar nəticəsində Avropa Şurası qardaş ölkə üzərindən monitorinqi götürmüşdür.
Bu prosesdə azərbaycanlı və türkiyəli deputatların birgə fəaliyyətini xüsusi vurğulayan və səfiri, əldə olunmuş nailiyyət münasibəti ilə təbrik edən Səməd Seyidov Azərbaycan parlament nümayəndə heyətinin bundan sonra da Türkiyəyə yardımçı olacağını bildirdi. S.Seyidov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində yaxın gələcəkdə AŞPA-nın Azərbaycan üzərindəki monitorinqi götürəcəyinə əminliyini söylədi.
Səmimi təbrik üçün minnətdarlıq edən Əhməd Ünal Çeviköz demişdir ki, onun ölkəsi Azərbaycan parlament nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətindən razıdır. Diplomat Türkiyə hökuməti və parlamenti adından monitorinqin götürülməsində göstərdiyi yardıma görə Azərbaycan Prezidentinə, Milli Məclisin deputatlarına təşəkkür etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən islahatların dünyanın və Türkiyə ictimaiyyətinin diqqət mərkəzində durduğunu bildirən səfir, yaxın gələcəkdə ölkəmiz üzərindən də monitorinqin götürüləcəyinə ümidvar olduğunu dedi. O, öz ölkəsinin qardaş Azərbaycan xalqına hər zaman yardımçı olacağını xüsusi qeyd etdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdı.