DÜNYA


TÜRKİYƏ, GÜRCÜSTAN, UKRAYNA, BOLQARISTAN VƏ RUMINİYA BİRGƏ TƏLİMLƏR KEÇİRƏCƏKLƏR

AZƏRTAC-ın Ankaradan aldığı xəbərdə deyilir ki, Türkiyə, Gürcüstan, Ukrayna, Bolqarıstan və Rumıniya hərbi dəniz qüvvələrinin gəmiləri aprelin 3-9-da “Qara dəniz əməkdaşlığı-2004” adlı birgə manevrlər keçirəcəklər.

Türkiyə HDQ komandanlığının nümayəndəsi bildirmişdir ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçiriləcək təlimlərdən məqsəd Qara dəniz regionu ölkələrinin silahlı qüvvələri arasında əməkdaşlığı inkişaf etdirmək, habelə hərbi hazırlıqda qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.