SİYASƏT
TÜRKİYƏ İRAQA ƏSGƏR GÖNDƏRMƏK NİYYƏTİNDƏ DEYİLDİR
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, Türkiyənin xarici işlər naziri Abdullah Gül bəyan etmişdir ki, onun ölkəsi ABŞ qoşunları ilə şiə birləşmələri arasında açıq silahlı qarşıdurmanın getdikcə gücləndiyi qonşu İraqda vəziyyəti böyük narahatlıqla izləyir.
O demişdir: “Ankara həmişə bildirmişdir ki, regionun mədəni, siyasi və digər xüsusiyyətlərini nəzərə almadan burada aparılan hər hansı əməliyyatlar partlayışa səbəb ola və nəzarətdən çıxa bilər. Ümidvarıq ki, məsləhətlərimiz nəzərə alınacaq və vəziyyət sabitləşəcəkdir”. A.Gül vurğulamışdır ki, buna baxmayaraq, hazırda İraqda vəziyyətin təhlükəli şəkildə gərginləşdiyi müşahidə olunur. Belə şəraitdə İraqa Türkiyə hərbi kontingenti göndərmək məsələsi gündəlikdə durmur.