SİYASƏT
TÜRKİYƏ KİPR MƏSƏLƏSİNİN HƏLLİNDƏ BMT-YƏ ÜMİD BƏSLƏYİR
Səfir demişdir ki, onun ölkəsinin fikrincə, Kipr probleminin həllində əsas təşkilati qüvvə BMT, onun baş katibi və Təhlükəsizlik Şurası olmalıdırlar. O bildirmişdir ki, Kipr probleminin həll edilməmiş qalması Türkiyənin Avropa Birliyinə daxil olması prosesinə təsir göstərməməlidir. Referendumda kiprli türklər BMT-nin dincliklə nizamasalma planına “hə” demiş və kiprli yunanlarla sülh şəraitində yaşamağa razılaşmışlar. Odur ki, indi Kipr türklərinin, əvvəllər olduğu kimi, yenə də cəzalandırılmasına yol vermək olmaz. Q.Daşkənd ABŞ və Avropa Birliyinin bu istiqamətdə müəyyən addımlar atdığını bildirərək demişdir: “Bazar ertəsi AB Kipr türklərinə 259 milyon avro məbləğində yardım ayırmağı qərara almışdır və adanın şimal hissəsinə qarşı ticarət qadağasının götürülməsi məsələsinə baxılır. ABŞ həmçinin anlatmışdır ki, bu istiqamətdə müəyyən tədbirlər görəcəkdir. Biz ümidvarıq ki, başqa dövlətlər də bundan nümunə götürəcəklər”.
Xatırladaq ki, Rusiya BMT-nin Kiprə dair əvvəlki qətnaməsinə veto qoymuş və bunu onunla əsaslandırmışdır ki, referendum keçirilməzdən öncə bu qətnamənin qəbul edilməsi Kipr xalqının öz iradəsini ifadə etməsinə təzyiq amili olardı. Q.Daşkənd Rusiyanın mövqeyinə münasibətini açıqlayarkən, onun adada yaranmış vəziyyəti nəzərə alacağına ümidvar olduğunu bildirmişdir.