ELM VƏ TƏHSİL
TÜRKİYƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ AÇILMIŞDIR
Bu münasibətlə keçirilən mərasimdə “Türkiyə-Azərbaycan mədəni əlaqələri” mövzusunda Beynəlxalq simpoziumda iştirak etmək üçün Türkiyə Atatürk mərkəzinin direktoru, professor Taciser Onuk, “Türk dil” qurumunun direktoru Şükrü Haluk Akal, Pamukkala Universitetinin professoru Öndər Qöçqun Bakıya gəlmişlər.
Mədəniyyət mərkəzinin yerləşdiyi otaqla tanış olduqdan sonra türkiyəli qonaqlarla universitetin professor və müəllim heyətinin görüşü keçirilmişdir. Universitetin rektoru, professor Kamal Abdullayev bu elm ocağının və buradakı türkologiya şöbəsinin fəaliyyəti barədə məlumat vermiş, BSU-da Mərkəzin açılmasına yaxından köməklik göstərdiyi üçün Atatürk mərkəzinin rəhbərliyinə münnətdarlığını bildirmişdir.
Taciser Onuk rəhbərlik etdiyi qurumun fəaliyyətindən, türk xalqlarının yaxınlaşması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışmışdır. O bidirmişdir ki, türk xalqlarının tarixinə dair 306 kitab nəşr etdirmiş Mərkəz, ardıcıl simpoziumlar və konfranslar keçirir.
Digər çıxışçılar türk xalqları arasında əlaqələrin genişləndirilməsində, dünyada türk xalqlarının tarixinin öyrənilməsində Türkiyə Mədəniyyət Mərkəzinin rolundan ətraflı danışmışlar.