TÜRKİYƏ MƏKTƏBLİLƏRİ TERROR AKTININ QARŞISINI ALMIŞLAR
AzerTAg.az
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, Türkiyədə 9 və 13 yaşlı iki qardaş ölkənin cənub-qərbindəki Hakkari vilayətinin bələdiyyə idarəsi binası önündə terror aktının qarşısını almışdır. Zibil yığmaqla pul qazanan məktəblilər bələdiyyə binasından 100 metr aralıda qoyulmuş qutulardan birində əldəqayırma bomba tapmışlar.
Qardaşların dediyinə görə, onlar zibil qutusundan şübhəli qara bağlama çıxarmışlar. Bağlamada 2,5 kiloqram “Si-4” partlayıcı maddəsi və saat 8.50-yə qurulmuş taymer aşkar olunmuşdur. Uşaqlar bombanı dərhal polis bölməsinə aparmış və partlayışa 10 dəqiqə qalmış mütəxəssislər onu zərərsizləşdirmişlər.
Hakkaridən şimalda yerləşən Van vilayətində isə polis reydi zamanı 45 kiloqram “Si-4” partlayıcı maddəsi, avtomat silah üçün 3 mindən artıq patron və təxminən 70 əl qumbarası tapılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var