İDMAN
TÜRKİYƏ MİLLİSİNİN QADAĞAN OLUNMUŞ EV OYUNLARINI AZƏRBAYCANDA KEÇİRMƏSİNƏ İCAZƏ VERİLMƏYİB
AZƏRTAC xəbər verir ki, Türkiyə yığma futbol komandası qadağan olunmuş altı ev oyununu Azərbaycanda keçirə bilməyəcəkdir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Haluk Ulusoyun sözlərinə görə, Türkiyə futbol ictimaiyyəti yığmanın ev oyunlarının Azərbaycanda keçirilməsinə razı olsa da, FİFA buna icazə verməmişdir. Çıxarılan qərara əsasən, cəzalandırılan tərəf altı ev görüşünü ölkə sərhədindən 500 kilometr aralıda yerləşən dövlətin ərazisində keçirməlidir. Bunun isə Azərbaycanda gerçəkləşməsi qeyri–mümkündür.
Lakin TFF-nin prezidenti mövcud problemlərə baxmayaraq, dünyanın istənilən yerində oynamağa hazır olduqlarını bildirmiş və əsas məqsədin 2008-ci il Avropa çempionatının finalına vəsiqə qazanmaq olduğunu söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]