SİYASƏT
TÜRKİYƏ ÖZBƏKİSTANA HƏRBİ KÖMƏK GÖSTƏRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər ki, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Özbəkistana dəyəri 1 milyon dollardan çox olan 10 ədəd “Lend Rover” hərbi maşını göndərmək haqqında qərar qəbul etmişdir. Mütəxəssislərin fikrincə, Özbəkistan hərbi qüvvələrinə Türkiyənin göstərdiyi köməyin ümumi həcmi 3,3 milyon dollara bərabərdir. Bundan başqa, 60 türk zabiti Özbəkistan hərbi qüvvələri üçün bu respublikanın müxtəlif tədris müəssisələrində mütəxəssislər hazırlayır.