Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ

Hörmətli cənab Prezident,

Əziz dostum, qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən salamlayır, səmimi qəlbdən təbrik edirəm.

Bu gün Türkiyənin qazandığı uğurlar, ölkənizin iqtisadi qüdrətinin, siyası nüfuzunun artması, beynəlxalq miqyasda nailiyyətləriniz bizi son dərəcə sevindirir.

Biz həmçinin qardaş xalqlarımızın iradəsi ilə misli görünməmiş səviyyəyə yüksəlmiş ikitərəfli dövlətlərarası münasibətlərimizi, hərtərəfli müttəfiqliymizi yüksək qiymətləndiririk.

Bir daha Sizə ən xoş arzularımı yetirir, qardaş Türkiyə xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 oktyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin