RƏSMİ XRONİKA
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ
Hörmətli cənab Prezident,
Əziz dostum, qardaşım,
Milli bayramınız – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Biz qardaş Türkiyənin hər bir uğuruna sevinir, nailiyyətlərindən qürur duyuruq. Xalqlarımızın tarixi birliyi və yekdil iradəsi bu gün dövlətlərarası münasibətlərimizin, müttəfiqliyimizin yüksək səviyyəsində öz parlaq ifadəsini tapır.
Əminəm ki, biz zamanın sınağından çıxmış möhkəm dostluq və qardaşlıq münasibətlərimizi bundan sonra da daim uca tutacaq və öz əməllərimizdə yaşadacağıq.
Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.04.2024 [20:37]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [21:14]
Prezident İlham Əliyev Ramazan bayramı ilə bağlı paylaşım edib
- 09.04.2024 [19:53]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.04.2024 [17:49]