RƏSMİ XRONİKA
TÜRKİYƏ RESPUBLİKASININ QARS ŞƏHƏRİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ KONSULLUĞUNUN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulluğu təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini bir ay müddətinə həll etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun strukturunu və ştat cədvəlini bir ay müddətində təsdiq etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 12 aprel 2004-cü il.