DÜNYA


TÜRKİYƏ TARİXİNDƏ İLK DƏFƏ OLARAQ KÜRD DİLİNDƏ TELERADİO VERİLİŞLƏRİ YAYIMLANACAQ

AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, “Türkiyə radiosu və televiziyası” Dövlət Şirkəti (TRT) ölkə tarixində ilk dəfə olaraq, kürd dilində verilişlər yayımlamağa başlayır. Türkiyə KİV-ləri xəbər verirlər ki, misli görünməmiş bu qərar ölkənin Avropa Birliyinə qəbul edilməsi yolunda həlledici amillərdən biri ola bilər.

TRT-nin baş direktoru Şenöl Dəmiröz bildirmişdir ki, kürd dilində 45 dəqiqəlik proqramlar hər gün səhər “TRT-3” kanalında efirə çıxacaq və xəbərlərdən, musiqi blokundan və qisametrajlı sənədli fimlərdən ibarət olacaqdır. Proqramlar kürd dilində və onun dialektlərində aparılacaqdır. Dəmiröz demişdir:” Yaxın gələcəkdə verilişlər şəbəkəsinə ərəb, çərkəz və laz (gürcü) dillərində proqramlar da daxil etmək fikrindəyik. Şirkətimiz bu məqsədlə həmin dilləri bilən mütəxəssislər toplamağa başlamışdır”.

Şirkət həftənin beş günü radioefirlə milli azlıqların dilində bir saatlıq xəbərlər və əyləncəli proqramlar yayımlamaq niyyətindədir.

Bu yöndə müsbət irəliləyişlər ötən il, hökumət verilişlər haqqında qanuna düzəlişlər qəbul edəndən olmuşdur. Həmin qanuna əsasən, KİV-lərin milli azlıqların dilində efirə yalnız yeniliklər, musiqi və mədəniyyət proqramları yayımlamasına icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.